SON XƏBƏRLƏR

Libi paytaxtına hücum başladı

2021.10.20, 07:36
Libi paytaxtına hücum başladı

Gunaz.tv

GünAz TV: Qiyamçılar iki strateji məntəqəni ələ keçirib. Zlitan şəhərini ələ keçirən qiyamçılar qərb istiqamətində, Tripoliyə (Trablos) doğru irəliləyirlər.  

Liviya (Libi) qiyamçıları qanlı döyüşlərdən sonra avqustun (August) 19-da iki strateji məntəqəni, paytaxt Tripolidən (Trablos) 160 kilometr şərqdə yerləşən Zlitan və 30 kilometr qərbdə yerləşən Zaviya şəhərinə nəzarəti ələ keçirib.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Zlitan şəhərini ələ keçirən qiyamçılar qərb istiqamətində, Tripoliyə doğru irəliləyirlər.

Qiyamçıların təmsilçisi Munir Ramzi deyib ki, Zlitan uğrunda döyüşlərdə 31 nəfər itki veriblər, 120 yaralıları var. Digər tərəfdən, qiyamçılar hökumət qüvvələrini yanacaqla təmin edən neft emalı zavodunun olduğu Zaviya şəhərinə nəzarəti ələ keçirdikdən sonra Tripolini Tunislə birləşdirən yola çıxıblar. Qiyamçıların Tripolinin mühasirə həlqəsini daraltması ilə paralel NATO aviasiyası (havacılıq, həvanəvərdi) və hava qüvvələri Tripolini dənizdən mühasirəyə alıb.

Bu arada qiyamçılar bildiriblər ki, 1969-cu ildə Liviyada monarxiyanın (monarşı, səltənət) devrilməsində aktiv iştirak edən Abdel Salyam Cellud da Tripolidən qaçıb və tezliklə Avropada peyda olacaq. O, Liviyada ikinci şəxs olsa da, 1990-cı illərdə prezident Müəmmər Qəddafi ilə yollarını ayırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar