SON XƏBƏRLƏR

Urmu Gölü ilə bağlı parlamentin son qərarı azərbaycanlılar tərəfindən şiddətlə məhkum edilir

2021.10.20, 07:36
Urmu Gölü ilə bağlı parlamentin son qərarı azərbaycanlılar tərəfindən şiddətlə məhkum edilir

Gunaz.tv

GünAz TV: İran parlamenti bir neçə gün öncə Urmu Gölünü qurumaqdan  qurtarmaqla bağlı iki təcili plana (tərh) qarşı çıxaraq  öz qərəzli mövqeyini bir daha nümayiş etdirdi.

 

Parlamentin qərarı azərbaycan əhalisi tərəfindən etirazla qarşılandı və bu etirazlar hələdə müxtəlif formalarda özünü göstərməkdədir.

 

Keçmişdəki xəbərlərimizdə çatdırdığımız kimi artıq bir neçə təşkilat, qurum, öyrənci icması və s. öz etirazlarını bəyanat vasitəsi ilə bildiriblər.

 

Son yayılan bəyanatlar arasında Azərbaycan Milli Dirəniş Təşkilatı, Təbrizin sərasəri və azad univetsitetlərinin bir qrup öyrəncisi, Mərənd azad universitetinin öyrənciləri və Azər Cəmiyyətinində Bəyanatları var.

 

Adını çəkdiyimiz qurum və icmalar İran parlamentinin məqsədyönlü siyasətini şiddətlə məhkum edib və Urmu Gölünün qurumasını, Azərbaycan üçün böyük faciə olacağını vurğulayıblar. Bəyanatlarda Gölü qurumaqdan qurtarmaq üçün mübarizənin davam etdirilməsinin vacib olduğu da diqqətə çatdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar