SON XƏBƏRLƏR

Parlamentin qərarı Urmu əhalisinin narazılığına səbəb olub

2021.10.20, 07:36
Parlamentin qərarı Urmu əhalisinin narazılığına səbəb olub

Gunaz.tv

GünAz TV: İran parlamentinin Urmu Gölünə su intiqal verməklə bağlı qərəzli qərarı, Urmu əhalisinin kəskin narazılığına səbəb olub.

 

“Urmu İşçiləri”nin yaydığı məlumata görə, artıq Urmu əhalisi parlamentin qərarı ilə bağlı etiraz fikirlərini bildirir və bu barədə mobil telefonu vasitəsi ilə etiraz mesajları mübadilə olunur.

 

Dünən Cümə günü kəlantəri caddəsində (Təbrizə tərəf) bir sıra sürücülər yolu bağlayıb və məmurlarla əhali arasında kiçik qarşıdurmalar da olub. Ancaq hələlik Milli Hərəkat fəalları bu hadisəyə reaksiya (əksüləməl) göstərməyiblər.

 

“Urmu İşçiləri”nin məlumatına görə, əhali etiraz etmək üçün müəyyən vaxt və məkan yerinin seçilməsini gözləyir. Lakin bu barədə hələlik heç bir xəbər üzə çıxmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar