SON XƏBƏRLƏR

Milli-mədəni fəal Əli Hidayəti tutuqlanıb

2021.10.20, 07:36
Milli-mədəni fəal Əli Hidayəti tutuqlanıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Tikantəpə (Tikab) şəhərində Əli Hidayəti adlı milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.

 

Azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlərin artdığı bir dönəmdə, Təhlükəsizlik qüvvələri Tikantəpəli fəallar o cümlədən cənab Hidayətiyə zəng edərək bəzi suallara cavab vermək üçün ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırıblar.

 

İKi gün öncə yayılan xəbərə görə, “Aydın” Öyrənci dərgisinin keçmiş müdir-məsulu cənab Hidayəti ETTELAATın bu qanunsuz çağırışına məhəl qoymayınca, təhlükəsizlik qüvvələri məhkəmə hökmü olmadan onu  həbs ediblər.

 

Hələlik onun harda saxlanıldığı barədə heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar