SON XƏBƏRLƏR

Ərdoğan Somaliya getdi: "Türkiyə aclıq çəkən ölkəyə dəstək verir"

2021.10.20, 07:36
Ərdoğan Somaliya getdi: "Türkiyə aclıq çəkən ölkəyə dəstək verir"

Gunaz.tv

GünAz TV: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarə ilə gecə saatlarında Somaliyə yola düşüb.

Ərdoğanı hava limanında baş nazirin yardımçısı Əli Babacan və digər rəsmilər yola salıblar. Baş nazir ilə birgə həyat yoldaşı Əminə Ərdoğan, köməkçisi Bekir Bozdağ, Ailə və Sosial siyasət naziri Fatma Şahin, Səhiyyə Naziri Receb Akdağ, Xarici İşlər Naziri Əhməd Davudoğlu, Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Mehdi Eker, Dini işlər naziri Mehmet Görmez və AK Partiya Ümumi Başçı Köməkçisi Ömer Çelik də Somaliyə gediblər. Bu barədə “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər yayıb.

Qeyd edək ki, baş nazirdən əvvəl aralarında millət vəkilləri də olmaqla sənətçilərdən Sertap Erener, Nihat Doğan, Ajda Pekkan, Muazzez Ersoydan ibarət digər bir heyət də Somaliyə yola düşmüşdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar