SON XƏBƏRLƏR

Türkiyədə dörd terrorçu öldürülüb

2021.10.20, 07:36
Türkiyədə dörd terrorçu öldürülüb

Gunaz.tv

GünAz TV: Bu saatlarda Türkiyənin Tunceli şəhərində polislə PKK terror təşkilatıın silahlıları arasında silahlı toqquşmalar gedir.

Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazır. Hüquq-mühafizə orqanları  polis məntəqəsinə hücum etməyi planlaşdıran (tərhini tökən) PKK-çıların ələ keçirilməsi üçün əməliyyat aparır. Atışma dünən axşamdan başlayıb və indiyədək davam edir. Polisə kömək etmək üçün iki hərbi vertalyot (helikopter) göndərilib.

Dörd silahlının məhv edildiyi xəbər verilir.

 

Xatırladaq ki, çərşənbə günü axşam terrorçuların Türkiyənin cənub-şərqində həyata keçirdikləri və 9 türk hərbçisinin ölümü ilə nəticələnən hücumdan sonra Türkiyə HHQ tərəfindən İraqın şimalında kürd silahlılarının bazalarına (payqahlarına) iki dəfə raket bomba zərbələri endirilib.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır, davam edir. Bu münaqişə 40 mindən çox insanın həyatına son qoyub. PKK BMT (Birləşmiş Millətlər Təşkilatı), eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ (Avropa İttifaqı) tərəfindən terror təşkilatı kimi tanınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar