SON XƏBƏRLƏR

Libidə Üsyançılar daha bir şəhəri ələ keçiriblər

2021.10.20, 07:36
Libidə Üsyançılar daha bir şəhəri ələ keçiriblər

Gunaz.tv

GünAz TV: Liviyada (Libidə)  üsyançılarla ölkə lideri Müəmmar Qəzzafi arasındakı müharibədə dönüş yarana bilər.

Həftənin əvvəlindən bəri gələn xəbərlər və üsyançıların uğurları Qəzzafi qoşunlarının geri çəkilməyə başladığına dəlalət edir. Bu barədə Milli.Az xəbər portalı İTAR-TASS-a istinadən xəbər yayıb.

Liviya müxalifəti və üsyançıları birləşdirən Milli Keçid Şurasının dəstələri bu səhər Sabrata şəhərini ələ keçiriblər. 70 min əhaliyə malik bu qədim şəhərdəki teatrda bir vaxtlar Benito Mussolini tamaşalara baxardı.

Paytaxt Tripolidən (Trablos) 80 km aralıda, Tunis ilə sərhədin yaxınlığında yerləşən Sabrata şəhəri uğrunda döyüşlər 4 sutka (sutka = 24 saat) davam edib. NATO qüvvələrinin bombardmanlarından sonra üsyançılar Qəzzafi qoşunlarının mövqelərinə qəfil hücuma keçərək silah anbarlarını ələ keçiriblər.

Liviyada böyüklüyünə görə üçüncü şəhər olan Misurataya nəzarət edən üsyançılar isə Qəzzafinin doğulduğu şəhər Sirtaya tərəf hərəkətə başlayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar