SON XƏBƏRLƏR

Azərbaycan Belarusa kredit ayırıb

2021.10.20, 07:36
Azərbaycan Belarusa kredit ayırıb

Gunaz.tv

GünAz TV: Azərbaycan Belarusun “Belaruskaliy” şirkətinə 300 mln. dollar məbləğində kredit (vam) ayırıb.

Gün.Az-ın 1news.az-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə “Belaruskaliy” ASC-nin Baş direktoru Valeri Kirienko məlumat verib.

“Azərbaycandan krediti daxil olub, bu vəsaitləri istiqrazlar (oraqe qərze) hesabına almışıq” – deyə, o bildirib.

2011-ci ilin iyulunun (July) sonunda Belarus hökuməti “Belaruskaliy” ASC üçün 300 mln. dollar borcun ödənilməsi məqsədilə Azərbaycana zəmanətlərin verilməsi barədə qərar qəbul edib.

Hökumətin qərarında qeyd olunub ki, “Belaruskaliy” ASC-nə borc investisiya (yatırım, sərmayə yatırmaq) layihələri və ölkənin 2011-2015-ci illərdə sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi üçün ayrılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar