SON XƏBƏRLƏR

Amerika və Avropa ölkələri Əsədi istefaya çağırıb

2021.10.20, 07:36
Amerika və Avropa ölkələri Əsədi istefaya çağırıb

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları), Britaniya, Fransa, Almaniya liderləri və Avropa İttifaqı Suriya Prezidenti Əsədi anti-hökumət nümayişçilərinə edilən təzyiqlərə görə istefa verməyə çağırıb.

ABŞ Prezidenti Barak Obama deyib: "Prezident Əsədin vəzifəsindən getməsinin vaxtı gəlib çatıb".

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Bu çağırışlar cənab Əsədə etirazçıların üzərinə ordu yeritməsindən sonra təzyiqlərin artıdığını göstərir.

Bu arada Birləşmiş Millətlər Təşkilatının təhqiqatçıları Suriyada zorakılığın "insanlığa qarşı cinayətlərə" bərabər ola biləcəyini deyib.

BMT (Birləşmiş Millətlər Təşkilatı) İnsan Haqları Şurasına məruzəsində təhqiqatçılar deyib ki, Təhlükəsizlik Şurası məsələni Beynəlxalq Cinayət Məhkəməsində qaldırmalıdır.

"Yoldan çəkil"

Yazılı bəyanatında cənab Obama deyib: "Suriyanın gələcəyi onun xalqı tərəfindən müəyyənləşməlidir, amma Prezident Bəşər əl-Əsəd onların yolunu kəsir. Öz xalqını türmələrə atan, işgəncə verən və edam etdirən liderin dialoqa və islahatlara çağırışı inandırıcı deyil".

O, əlavə edib: "Biz hər zaman deyirik ki, Prezident Əsəd demokratik keçidə aparmalı, ya da yoldan çəkilməlidir. O, bunu etməyib. Suriya xalqı naminə, Prezident Əsədin istefa verməsinin vaxtı gəlib çatıb".

Cənab Obama Əsəd rejiminin maliyyə cəhətdən təcrid olunması üçün sanksiyalar (təhrimlər) elan edib.

ABŞ artıq Suriya hökuməti üzvlərinə qarşı sanksiyaları möhkəmlədib, ancaq daha öncə cənab Əsədi istefaya çağırmamışdı.

Suriyada mart ayında hökumət əleyhinə nümayişlər başlayandan bəri 2000-ə yaxın adamın öldüyü bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar