SON XƏBƏRLƏR

ETTELAAT pantürkizm nişanəsi hesab etdiyi simgəni yerlə yeksan etdi

2021.10.20, 07:36
ETTELAAT pantürkizm nişanəsi hesab etdiyi simgəni yerlə yeksan etdi

Gunaz.tv

GünAz TV: Sayınqalanın (Saindej) “Şəhrdari” meydanında Bələdiyyə simgəsi sayılan “ay-ulduz”a oxşar simvol ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) göstərişi ilə sökülüb.

 

Qoşaçaydan Sayınqalaya daxil olan nöqtədə yerləşən meydanda, 10 il əvvəl ay-ulduza oxşar bir simgə düzəldilmişdir. Ancaq ETTELAAT məsulları bunu pantürkizmlə əlaqələndirdikləri üçün, onun sökülməsini Bələdiyyəyə tapşırıblar.

 

Güney saytlarının yaydığı məlumata görə, simgənin sökülməsi əmri məhz ETTELAAT tərəfindən verilib. Bu barədə adının açıqlanması məlum səbəbə görə mümkün olmayan bir ETTELAAT məmuru məlumat verib.

 

Onun sözlərinə görə, Qərbi Azərbaycanın ETTELAAT idarəsində gələn məmurlar, yerli ETTELAAT məmurları ilə iclas edib və bu qərara gəliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar