SON XƏBƏRLƏR

Kürd terroristi Urmulu gənci sinəsindən vurdu

2021.10.20, 07:36
Kürd terroristi Urmulu gənci sinəsindən vurdu

Gunaz.tv

GünAz TV: Dünən (4-cü gün, pəncşənbə) Urmu şəhərinin bənd məntəqəsində bir azərbaycanlı, kürd terroristinin silahlı hücumuna məruz qalıb.

 

Məlumata görə, kürd sürücüsü Urmunun bənd məntəqəsində yolu bağlayıb. Bütün sürücülər o cümlədən hücuma məruz qalmış sürücü ona etiraz ediblər. kürd terroristi isə məhz bu səbəbdən, türklərə qarşı yaman deyərək gözlənilmədən 25 yaşlı gəncin sinəsini tapança ilə hədəfə alıb və onu ağır yaralayıb.

 

Şahidlərin bildirdiyinə görə, sözü gedən gənc xəstəxanaya çatdırılıb. Onun durumunun ağır olduğu bildirilir.

 

Bu hadisədən sonra ətrafda olan əhali “Yaşasın Azərbaycan”, “Ölüm olsun terrorist kürdə” və s. kimi şüarlar səsləndirib və bozqurd işarəsi nümayiş etdiriblər. Həmçinin ətrafda olan kürdlərlə soydaşlarımız arasında kiçik qarşıdurmanın olduğu da bildirilir.

 

Şərhçilərin fikricə Azərbaycana qonaq gəlmiş kürdlərin bu qədər saldırqan mövqeyə keçmələri, Urmu və Qərbi Azərbaycana iddia etmələri, vaxtı ilə Dağlıq Qarabağa gəlmiş ermənilər və onların iddiaları ilə müqayisə olunmalıdır.

İndi bundan məna çıxartmaq və gələcəkdə özümüzü necə və nə ilə qorumaq qərarı bizdən asılıdır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar