SON XƏBƏRLƏR

İran Suriyaya snayperlər (tirəndazlar) göndərib

2021.10.20, 07:36
İran Suriyaya snayperlər (tirəndazlar) göndərib

Gunaz.tv

GünAz TV: Suriyadakı hadisələr İran xarici siyasətindəki ziddiyyətli mövqeyi getdikcə daha aydın şəkildə ortaya çıxarır.

Avqustun (August) 16-da İngiltərə mətbuatı  İranın Suriyadakı rejimə dəstək məqsədilə bu ölkəyə snayperlər (gizli tirəndaz) göndərdiyi barədə məlumat dərc etmişdir. Maraqlıdır ki, elə həmin gün İran rəsmiləri bir daha başqa ölkələri Suriyanın daxili işlərinə müdaxilə etməməyə dəvət etmişdir.

İranın Suriyaya snayperlər göndərməsi iddiası xeyli ciddi görünür. İngiltərənin “The Daily Telegraph” qəzeti bəzi Avropa ölkələrinin kəşfiyyatları tərəfindən ortaya atılan iddianın Suriyadan qaçaraq Türkiyəyə sığınan keçmiş gizli polis tərəfindən təsdiqləndiyini xəbər vermişdir. Qəzetin müxbiri ilə söhbət edən gizli polis, bildirmişdir ki, “biz onların iranlı olduğunu bilirdik, çünki onlarla danışmağımıza icazə verilmirdi və bizə onlara yaxınlaşmaq imkanı belə verilmirdi. Suriya ordusu ilə birlikdə əməliyyat təşkil etdiyimiz vaxt isə onlarla tez-tez təmasda olurduq, hətta söhbət də edə bilirdik”.

Əslində İranın etiraz aksiyalarının (yürüşlərinin) dağıdılmasına dəstək məqsədilə Suriyaya hərbi, maliyyə, texniki və mütəxəssis dəstəyi verdiyinə dair iddialar əvvəllər də gündəmə gətirilmişdir. Bu iddialar bəzən İran tərəfindən təkzib olunsa da hər dəfə daha ciddi dəlillərlə yenidən gündəmə gətirilir. İranın 2009-cu ildəki qalmaqallı prezident seçkilərindən sonra dinc sakinlərinə qarşı snayperlərdən istifadə etdiyi nəzərə alınsa, bu məlumatın doğruluq payının elə də az olmadığı aydın olar. Bu faktın (sübut, gərçək) Suriyanın dinc sakinlərində İrana qarşı mənfi hisslərin artmasına səbəb olacağı, digər tərəfdən İrana qarşı yeni sanksiyaları (təhrimləri) gündəmə gətirəcəyi də təxmin edilir. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar