SON XƏBƏRLƏR

PKK düşərgələri bombalandı

2021.10.20, 07:36
PKK düşərgələri bombalandı

Gunaz.tv

GünAz TV: Türkiyə Silahlı Qüvvələri dünən axşam saatlarından başlayaraq PKK terror təşkilatının Kandil, Zap, Havadin və Hakurkdakı bazalarına (payqahlarına) havadan və yerdən endirilən zərbələrlə bağlı rəsmi açıqlama yayıb.

 

Açıqlamada aviasiya (həvanəvərdi, havacılıq) birləşmələrinin yeri müəyyən olunan 60 hədəfə, artilleriya (topxana) qüvvələrinin isə 168 hədəfə zərbələr endirdiyi bildirilir.

 

Ordu rəhbərliyi PKK hərbi bazalarına zərbələrin terror təşkilatının bölgədəki mövqeləri məhv edilənə kimi davam edəcəyini bildirib. Hazırda bölgədə PKK hədəflərinin bombardman edilməsi davam edir. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar