SON XƏBƏRLƏR

Kürd mollanın "məsləhəti": " Əsas odur ki, qadın Şəriətə uyğun döyülsün..."

2021.10.20, 07:36
Kürd mollanın "məsləhəti": " Əsas odur ki, qadın Şəriətə uyğun döyülsün..."

Gunaz.tv

GünAz TV: İraqdakı kürdlərin ən nüfuzlu din xadimlərindən biri İsmayıl Sosai rəsmi Bağdadın ailə zorakılığına qarşı yönəlmiş yeni qərarına qarşı çıxıb.  

"Allah deyir ki, əgər qadın ərinə qulaq asmırsa, kişinin onu döyməyə haqqı var. Əsas odur ki, qadın Şəriətə uyğun döyülsün. Bizim hökumət və parlament hesab edir ki, bəs qadınlarla yanaşı, uşaqları da əsla döymək olmaz. Məgər hədislərdə deyilməyib ki, uşaq 10 yaşında namaz qılmağa başlamasa, onu döymək gərəkdir?! Onların dediklərindən belə çıxır ki, ata işdən evə gələndə qızının əlində mobil telefon görəndə uşağı döyməməlidir.

Yəni belə çıxır ki, çağdaş Şər dünyanın təsiri altında qızının telefonla oğlanlarla mazaqlaşmasını və eşqnamələr yollamasını ata bir kənarda oturaraq seyr etməlidir?! Halbuki atanın bir damla şərəf və qeyrəti qalıbsa, belə qızını öldürməlidir. Yoxsa axirətdə qır qazanında yanacaq.

Bu parlamentarlar və nazirlər isə deyirlər ki, olmaz, ata telefonda qızının mazaqlaşdığı oğlanın nömrəsini tapmalı, ondan polisə şikayət etməlidir. Məgər bizim dinimiz budur?! Bilin  - hər kəs ki, günahı olan arvadını döyməsə, o, dizinə döyəcək" - Sosai deyib.

Qeyd edək ki, bu barədə Milli.Az xəbər portalı "Assyrian İnternational News Agency"yə istinadən xəbər yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar