SON XƏBƏRLƏR

İran ordusunun rəsmisi: “Kürd terrorçuları Ermənistanda təlim keçirlər”

2021.10.20, 07:36
İran ordusunun rəsmisi: “Kürd terrorçuları Ermənistanda təlim keçirlər”

Gunaz.tv

GünAz TV: İran ordusunun rəsmiləri PJAK terror təşkilatı üzvlərinin Ermənistanda təlim keçdiyini bəyan ediblər.

APA-nın məlumatına görə, bu barədə İranın «Mehr» agentliyi məlumat yayıb.

İran ordusunun polkovniki (sərhəng) Əziz Həsən-Aqdam agentliyə (ajansa) bildirib ki, PJAK Qərbi Azərbaycan əyalətinin cənubunda ağır məğlubiyyətdən sonra əyalətin şimal hissəsinə qaçıb: “Terrorçu qrupun bir qrup üzvü isə Ermənistanın bəzi yerlərində təlim keçir. Biz Maku və sərhəd ərazilərdə hər hansı bir hücum dəf etməyə hazırıq”, - deyə polkovnik əlavə edib.

Qeyd edək ki, PJAK PKK terror təşkilatının İran ərazisində fəaliyyət göstərən qanadıdır. Son günlər İranda PJAK silahlılarına qarşı irimiqyaslı əməliyyatlar keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar