SON XƏBƏRLƏR

İran Azərbaycanın etiraz notasına cavab verib

2021.10.20, 07:36
İran Azərbaycanın etiraz notasına cavab verib

Gunaz.tv

GünAz TV: Rəsmi Tehran Azərbaycan Respublikası (Cümhuriyyəti) Xarici İşlər Nazirliyinin İran Hərbi Qüvvələrinin Baş Qərargah rəisi, briqada (tip) generalı Seyid Həsən Firuzabadinin bu yaxınlarda verdiyi bəyanatla əlaqədar göndərdiyi etiraz notasına cavab verib.

Gün.Az-ın 1news.az-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Azərbaycan XİN-in (xarici işlər nazirinin) mətbuat xidmətinin birinci katibi Elman Abdullayev açıqlayıb.

Onun sözlərinə görə, hal-hazırda Azərbaycan XİN-i İran tərəfinin verdiyi cavabı araşdırır.

Xatırladaq ki, yaxın günlərdə İran Hərbi Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Seyid Həsən Firuzabadi İran KİV-lərinə (kütləvi informasiya vasitələrinə) verdiyi müsahibədə Azərbaycan əleyhinə hədələyici ifadələr işlətmişdi. Bununla bağlı Azərbaycan XİN-i dərhal İrana etiraz əlaməti olaraq nota göndərmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar