SON XƏBƏRLƏR

Azərbaycan Milli Dirəniş Təşkilatı Urmu Gölü ilə bağlı İran parlamentinin son qərarı barədə Bəyanat yayıb

2021.10.20, 07:36
Azərbaycan Milli Dirəniş Təşkilatı Urmu Gölü ilə bağlı İran parlamentinin son qərarı barədə Bəyanat yayıb

Gunaz.tv

GünAz TV: İki gün öncə İran parlamentinin Urmu Gölünə su intiqalının iki təcili planına (tərhinə) qarşı çıxması Azərbaycanda böyük etirazlara səbəb olub.

 

Bu zəmində Azərbaycan Milli Dirəniş Təşkilatı sərt Bəyanat yayıb. Bəyanatda İran rejiminin antiazərbaycan siyasəti sərt şəkildə məhkum edilib və bildirilib ki, İran rejimi hər zaman Azərbaycanın tarixi və milli varlığına qarşı qərəzli siyasət aparıb.

 

Parlamentin son qərarını pisləyən bəyanatda, Bocunurd nümayəndəsinin “bölgə əhalisinə ordan köçmək üçün pul verilsin” deyininə xüsusi diqqət yetirilib.

 

Azərbaycan Milli Dirəniş Təşkilatı yaydığı Bəyanatda Azərbaycan xalqını uyarır ki, “İran rejimi azərbaycanlıların məcburi köçməsinə şərait yaradır və bu siyasət ciddiyyətlə icra olunmaqdadır.

 

Həmçinin Bəyanatda xəbərdarlıq ki, Azərbaycan xalqı İran rejiminin bu məkrli oyunundan xəbərdardır və öz maddi-mənəvi varlığını qorumaqda qərarlıdır. Bundan sonra göstərilən hər bir reaksiyanın (əksüləməlin) məsuliyyətini, qarşı düşərgə o cümlədən Tehran hökuməti daşıyacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar