SON XƏBƏRLƏR

“Şəhrdari-Sepahan” müsabiqəsindən sonra bir neçə soydaşımız o cümlədən Məhəmməd Əlimuradi tutuqlanıblar

2021.10.20, 07:36
“Şəhrdari-Sepahan” müsabiqəsindən sonra bir neçə soydaşımız o cümlədən Məhəmməd Əlimuradi tutuqlanıblar

Gunaz.tv

GünAz TV: futbol tamaşaçıları “Şəhrdari-Sepahan” müsabiqəsindən sonra Təbrizin səhənd stadionunu (stadiomunu) tərk edərkən təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıblar.

 

Şahidlərin bildirdiyinə görə, Hücum nəticəsində tanınmış milli-mədəni fəal Məhəmməd Əlimuradi bir neçə soydaşımızla birlikdə tutuqlanıb.

 

Dünən keçirilən müsabiqədə “Şəhrdari” tərəfdarları iki gün öncə İran parlamentinin Urmu Gölünə su intiqalının iki təcili planına (tərhinə) qarşı çıxmasına etiraz edib və bu zəmində şüarlar səsləndiriblər.

 

Tamaşaçılar müsabiqə boyu səsləndirdikləri şüarlarla xüsusi həyəcan yaradıblar. Səsləndirilən şüarlar içində “Azərbaycan dur səs ver   Urmu Gölünə nəfər ver”, “İran federasyonu  Azərbaycanın düşməni”, “Yaşasın Azərbaycan”, “Urmu Gölü susuzdur   Azərbaycan oyanmasa uduzdu” və s.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar