SON XƏBƏRLƏR

“Traxtur-Damaş” və “Şəhrdari-Sepahan” müsabiqələrinin son nəticəsi

2021.10.20, 07:36
“Traxtur-Damaş” və “Şəhrdari-Sepahan” müsabiqələrinin son nəticəsi

Gunaz.tv

GünAz TV: İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 4-cü həftəsində keçirilən müsabiqədə, Təbrizin “Traxtur” və “Şəhrdari” taxımları (timləri) öz rəqibləri ilə qarşılaşıblar.  

 

2011-ci il avqust ayının 17-i (1390-cı il mordad ayının 26-sı) Təbriz vaxtı ilə saat 22:00-da başlayan müsabiqədə “Traxtur” Gilanın “Damaş” taxımı ilə Rəştin Sərdar-i cəngəl stadionunda (stadiomunda) qarşılaşıb. Bu yarış (3 – 2) hesabı ilə “Traxtur”un xeyirinə sona çatıb. Müsabiqədə Cahangir Əsgəri və Məhəmməd Abşək “Damaş” tərəfindən, Məhəmməd Hüseyni (2 qol) və Məhəmməd İbrahimi isə “Traxtur” tərəfindən qol vurublar.

 

 “Şəhrdari”  isə eyni vaxtda İsfahanın “Sepahan” taxımı ilə Təbrizin səhənd stadionunda qarşılaşıb. Bu müsabiqə (2 – 0) hesabı ilə “Sepahan”ın xeyirinə başa çatlb.

 

Qeyd edək ki, “Traxtur-Damaş” müsabiqəsi zamanı minlərlə “Traxtur” tərəfdarı stadionda (stadiomda) bulunub və öz sevimli taxımlarını təşviq ediblər.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar