SON XƏBƏRLƏR

Vaşinqton Ankaranı Əsədə "hakimiyyətdən get" deməyə çağırıb

2021.10.20, 07:36
Vaşinqton Ankaranı Əsədə "hakimiyyətdən get" deməyə çağırıb

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton Türkiyə və Səudiyyə Ərəbistanını Bəşər Əsədə hakimiyyəti xalqa təhvil verməsi üçün təzyiq göstərməyə çağırıb.

ABŞ-ın müdafiə naziri Leon Panetta ilə birgə qatıldığı tədbirdə çıxış edən Hillari Klinton ölkəsinin Liviya (Libi) və Suriyaya qarşı yürütdüyü siyasəti "ağıllı güc siyasəti" adlandırıb.

O, Suriya ilə bağlı fikirlərini də açıqlayıb:

"Bu gün haradan baxılırsa-baxılsın, biz güclüyük və liderik. Ancaq liderliyin bir nümunəsi digər insanları meydana çıxarmaqdır. Bu gün etdiyimiz də budur. Bizim Bəşər Əsədə "get!" deməyimiz gözləniləndir. Amma digərləri, Türkiyə, yaxud kral (padşah) Abdulla "get!" söyləsə, o zaman Əsəd bu fikirləri qulaq ardına vurmaz". APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar