SON XƏBƏRLƏR

Rəsmi Tehran: “Suriyanın daxili işlərinə qarışmayın!”

2021.10.20, 07:36
Rəsmi Tehran: “Suriyanın daxili işlərinə qarışmayın!”

Gunaz.tv

GünAz TV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Suriyadakı qeyri-sabitlikdən bölgənin ziyan çəkdiyini, bunun yalnız İsrailə xeyir verdiyini deyib.

XİN (Xarici İşlər Nazirliyi) rəsmisi bildirib ki, Suriyadakı hadisələr bu ölkənin daxili məsələsidir: “ABŞ (Amerika Birləşmiş Ştatları) və Qərb ölkələri digər ölkələrin daxili işlərinə qarışmağa öyrənib. Onlar bütün vasitələrdən istifadə edərək, ölkələri işğal etmək istəyir”. Bu barədə Lent.az İranın “Mehr” agentliyinə (ajansına) istinadən xəbər yayıb.

Ramin Mehmanpərəst, həmçinin, PKK terror təşkilatının ikinci adamı olan Murat Karayılanın İran xüsusi xidmət orqanları tərəfindən yaxalanması xəbərini də təkzib edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar