SON XƏBƏRLƏR

Türkiyədə daha bir terror aktı: “8 hərbçi şəhid olub, 9 hərbçi yaralanıb”

2021.10.20, 07:36
Türkiyədə daha bir terror aktı: “8 hərbçi şəhid olub, 9 hərbçi yaralanıb”

Gunaz.tv

GünAz TV: Hakkari vilayətinin Çukurca qəsəbəsində hərbi maşın karvanının minaya düşərək partlaması, daha sonra PKK terrorçularının atəşinə məruz qalması nəticəsində 8 türk əsgəri şəhid olub, 9 əsgər yaralanıb.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, partlayış zamanı ölənlərdən biri yüksək rütbəli zabitdir (əfsərdir). Yaralılar vertolyotla (helikopterlə) Hakkari hərbi hospitalına çatdırılıb, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Bakı vaxtı ilə saat 11.00 radələrindən baş verən partlayışdan sonra hərbçilərlə terrorçular arasında başlayan atışma davam edir. Bölgədə cəmləşmiş terrorçuları zərərsizləşdirmək üçün təhlükəsizlik qüvvələri tərəfindən xüsusi əməliyyat keçirilir. Əməliyyata döyüş vertolyotları da cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar