SON XƏBƏRLƏR

Urmu Gölü ilə bağlı, millət vəkili İran siyasətinin əsl mahiyyətini ifşa etdi

2021.10.20, 07:36
Urmu Gölü ilə bağlı, millət vəkili İran siyasətinin əsl mahiyyətini ifşa etdi

Gunaz.tv

GünAz TV: İran parlamentinin dünənki iclasında Urmu Gölü ilə əlaqədar müxtəlif fikirlər səslənib. Gölün quruma təhlükəsi ilə bağlı irəli sürülən fikirlər çox məyusedici olub.

 

İran hökumətinin əsl siyasətini Bocunurd millət vəkilinin sözlərində axtarmaq olar.

 

Araz və Silvə çaylarından Urmu Gölünə su intiqal verməyin əleyhinə olan Musəlriza Sərvəti bildirib ki, “əhali (azərbaycanlılar) Urmu Gölü ətrafından gedib və başqa işlə məşqul olsunlar. Bu Göl quruyacaq.”

 

O əlavə edib ki, “Göl ətrafında əkinçiliklə məşqul olanlara vəsait (büdcə) ayırmaq əvəzinə, onlara ordan köçmələri üçün pul verilsin. Onlar gedib başqa işlə məşqul olsunlar. Məgər demirsiz Göl iki il içində quruyacaq! Bəs onda emosiyaya (həyəcan) qapılıb dövləti nə üçün məhkum edirsiniz?!”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar