SON XƏBƏRLƏR

Ümidlər tükənir: “İran parlamenti Urmu Gölünü qurtarma planına qarşı çıxdı” - Göl / FOTO

2021.10.20, 07:36
Ümidlər tükənir: “İran parlamenti Urmu Gölünü qurtarma planına qarşı çıxdı” - Göl / FOTO

Gunaz.tv

GünAz TV: İran parlamentinin millət vəkilləri məclisin dünənki (2-ci gün , seşənbə) iclasında, iki təcili Urmu Gölünü qurtarma planına (tərhinə) qarşı çıxdı.

 

iki təcili Urmu Gölünü qurtarma planına (tərhinə) əsasən Araz və Silvə çaylarından Urmu Gölünə su intiqal vermək önərilirib. Ancaq bu plan millət vəkilləri tərəfindən müsbət qarşılanmayıb və plan komissiyada (komisiyonda) adi bir şəkildə araşdırılacaq.

 

GünAz TV mətbuat mərkəzinin İran saytlarına əsasən yaydığı məlumata görə, Plan tərəfdarları hökuməti Urmu Gölünün quruması məsələsində laqeyd olmaqda suçlayıb və vurğulayıblar ki, Göl quruyacağı təqdirdə ətraf əyalətlərdə (ostanlarda) ekoloji fəlakət olacaq və Gölün yerində qalan duz ətraf bölgələrə külək vasitəsi ilə yayılacaq.

 

Müxalif millət vəkilləri isə, bu planın təcili araşdırılmasını duyğusallıq adlandırıb və onun adi şəkildə və geniş araşdırmalara ehtiyacı olduğunu bildiriblər.

 

Xatırladaq ki, Urmu Gölü dünyanın ikinci duzlu Gölüdür. Göl son illərdə sürətlə qurumaqdadır. Artıq Gölün 60 faiz suyu quruyub və yerində duz görünməkdədir.

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar