SON XƏBƏRLƏR

Babək Xürrəmdin ləqəbli məhbus veblaqçı barədə son xəbər

2021.10.20, 07:36
Babək Xürrəmdin ləqəbli məhbus veblaqçı barədə son xəbər

Gunaz.tv

GünAz TV: Babək Xürrəmdin ləqəbli məhbus veblaqçı cənab Hüseyn Rövnəqi (Ronəqi) iki gün öncə Taliqani xəstəxanasına aparılıb.

 

GünAz TV mətbuat mərkəzinin Hrana-ya istinadən yaydığı məlumata görə, cənab Rövnəqinin böyrək xəstəliyinə diqqət yetirilməməsi səbəbindən, onun xəstəliyi şiddətləyib və xəstəxanaya aparmağa məcbur olublar.

 

Məlumata görə, məhbusu xəstəxanaya götürən məmurlar heç bir səbəb olmadan xəstəni döyüb və ayaqüstü müalicədən sonra onu təkrar “Evin” zindanına aparıblar.

 

Güman edilir ki, Rövnəqinin döyülmə səbəbi onun bir neçə gün öncə Tehran prokurorluğuna (dadistani) yazdığı məktub ola bilər.

 

Xatırladaq ki, Babək Xürrəmdin ləqəbi ilə tanınan Veblaqçı Hüseyn Rövnəqi məhkəmə tərəfindən 15 il azadlıqdan məhrum edilib. O, İran İslam Respublikasının (Cümhuriyyətinin) təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda təqsirli bilinib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar