SON XƏBƏRLƏR

Rəştdə Qələnoi və “Traxtur” karvanı böyük həyəcanla qarşılandı

2021.10.20, 07:36
Rəştdə Qələnoi və “Traxtur” karvanı böyük həyəcanla qarşılandı

Gunaz.tv

GünAz TV: Təbriz və Güney Azərbaycanlıların sevimli futbol taxımı, “Traxtur” karvanı və başməşqçisi Rəşt hava limanında (frudqahında) böyük həyəcanla qarşılanıblar.

 

Dünən Rəştdə çatan “Traxtur” karvanı hava limanında gözlənilməz hadisə ilə üzləşiblər. “Traxtur”un 500 nəfər azərbaycanlı tərəfdarı əllərində qırmızı bayraq tutaraq hava limanında öz sevimli taxımlarının karvanını gözləyirlərmiş.

 

Onlar taxım karvanı və onun baş məşqçisi Əmir Qələnoini görüncə “Traxtur”, “Traxtur” və “Yaşa Paşa” kimi şüarlar səsləndirib və həyəcanlı anlar yaradıblar.

 

Xatırladaq ki, bu axşam “Traxtur”la “Damaş” arasında müsabiqə keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar