SON XƏBƏRLƏR

Türkiyədə “çevriliş cəhdilə” bağlı məhkəmə...

2021.10.20, 07:36
Türkiyədə “çevriliş cəhdilə” bağlı məhkəmə...

Gunaz.tv

GünAz TV: Məhkəmə qarşısına çıxarılan yüksək rütbəli general Bilgin Balanlı hökuməti devirmək cəhdində əli olduğu barədə ittihamları rədd edib.

3 ay əvvəl həbs olunmuş Türkiyə Hərbi Akademiyasının başçısı ilə yanaşı bazar ertəsi başlanan prosesdə (sürəcdə) daha 27 müttəhimin işinə baxılacaq.

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Bilgin Balanlı Türkiyə tarixində hərbi xidmətdə olarkən həbs edilmiş ilk general olub.

Türkiyədə onlarla hərbçi, jurnalist, siyasətçi və ictimai xadim çevriliş cəhdində şübhəli bilinərək həbsə alınıb.

Tənqidçilər ittihamların siyasi motivli (siyasi əngizəli) olduğunu deyirlər.

Rəcəb Tayyib Ərdoğan hökuməti bu kimi iddiaları rədd edir.

Dekabr ayında dövlət çevrilişi cəhdi ilə bağlı 200 zabit (əfsər) məhkəməyə cəlb olunub.

Ötən ay silahlı qüvvələrin baş qərargah rəisi qalmaqalla əlaqədar olaraq öz istefasını elan etmişdi.

Proseslər islamçı köklərinə malik olan hakim AK partiyası ilə dünyəviçilik tərəfdarları arasında onsuz da çətin olan münasibətləri daha da gərginləşdirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar