SON XƏBƏRLƏR

Suriya prezidentinə sığınacaq təklif olunub

2021.10.20, 07:36
Suriya prezidentinə sığınacaq təklif olunub

Gunaz.tv

GünAz TV: Suriyada Bəşər Əsəd rejiminin əleyhinə keçirilən aksiyaların (yürüşlərin) yatırılması üçün müxaliflərə qarşı qanlı əməliyyatlar davam edir.

Həma şəhərindən sonra liman (bəndər) bölgəsi Latakiya da hökumət qüvvələrinin hədəfinə çevrilib. Hərbi-dəniz qüvvələrinin gəmiləri və tankların cəlb olunduğu əməliyyatda 26 nəfər öldürülüb.

GünAz TV mətbuat mərkəzinin “Azadlıq” qəzetinə istinadən yaydığı məlumata görə, Şəhərdə 3 gündür davam edən əməliyyatlar dənizdən gəmilərin də iştirakıyla gücləndirilib. Əsəd rejiminə qarşı çıxan etirazçıların olduğu ərazilər tanklardan da atəşə tutulub. Şəhər sakinlərinin və hüquq müdafiəçilərinin məlumatına görə, təhlükəsizlik qüvvələri sünnilərin daha sıx olduğu ərazilərdə əməliyyatları gücləndirib.

Bu arada İspaniyanın eləcə də Avropanın nüfuzlu qəzetlərindən biri “El Pais” yazıb ki, baş nazir Xose Luis Rodriqes Zapatero ötən ay Dəməşqə göndərdiyi xüsusi elçi vasitəsilə Suriya diktatoru Bəşər Əsədə İspaniyada siyasi sığınacaq təklif edib. Xəbərə görə, Bəşər Əsəd və ailə üzvləri ölkələrini tərk edəcəkləri halda, onlara İspaniyada siyasi sığınacaq verməyə hazırdır.

Yeri gəlmişkən, hazırda Səudiyyə Ərəbistanında səfərdə olan Türkiyə prezidenti Abdullah Gül də Ciddədə kral (padşah) Abdulla ilə Suriyadakı vəziyyəti müzakirə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar