SON XƏBƏRLƏR

Türkiyə rəsmisi Karayılan müəmmasına aydınlıq gətirib

2021.10.20, 07:36
Türkiyə rəsmisi Karayılan müəmmasına aydınlıq gətirib

Gunaz.tv

GünAz TV: Türkiyənin daxili işlər naziri İdris Naim Şahin PKK terror təşkilatının lideri Murad Karayılanın yaxalanması ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib. 

Nazir deyib ki, Murad adlı şəxs tutulub. Lakin bu, Murad Karayılan deyil: “İranda başqa bir terrorçu saxlanılıb. Onun da adı Muraddır. Amma bu həmin şəxs deyil”. Bu barədə Lent.az “habertürk”ə istinadən xəbər yayıb.

 Qeyd edək ki, avqustun 15-də Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın sədrliyi və baş nazirin müavinləri Bəkir Bozdağ, Bəşir Atalay, ədliyyə naziri Sədullah Ergin, xarici işlər naziri Əhməd Davudoğlu, müdafiə naziri İsmət Yılmaz və daxili işlər naziri İdris Naim Şahinin iştirakı ilə toplantı keçirilib. Ədalət və İnkişaf partiyasının qərargahında baş tutan toplantıda terror təşkilatı ilə daha sərt mübarizə məsələləri müzakirə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar