SON XƏBƏRLƏR

“The Washington Post” Qəzeti, Dağlıq Qarabağı Azərbaycanın ərazisi olduğu faktını vurğulayıb

2021.10.20, 07:36
“The Washington Post” Qəzeti, Dağlıq Qarabağı Azərbaycanın ərazisi olduğu faktını vurğulayıb

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) nüfuzlu “The Washington Post” qəzetinin 14 avqust tarixli nömrəsində “Sovet İttifaqının (Şurəvi) dağılmasından 20 il sonra keçmiş respublikalar (cümhuriyyətlər) ümidverici və narahatedici gələcəklərlə üzləşir” sərlövhəli məqalə dərc olunub.

 

GünAz TV mətbuat mərkəzinin AzərTAc-a istinadən yaydığı xəbərə görə, postsovet məkanındakı (keçmiş Şurəvi məkanındakı) münaqişələri təhlil edən məqalənin müəllifi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə də toxunub.

 

 Qeyd olunub ki, bu münaqişə 1994-cü ildə atəşkəslə dayandırılıb. On ildən çox sürən beynəlxalq vasitəçilik cəhdləri heç bir nəticə verməyib.

 

 Müharibənin yenidən başlanması Avropa neft bazarlarına zərbə vura bilər, çünki Azərbaycan ərazisindən Qərbə neft ixrac olunur. Yazıda Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın erməni əsgərləri və etnik erməni qüvvələrinin nəzarəti altında saxlanıldığı faktı (gərçəyi) da xüsusi vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar