SON XƏBƏRLƏR

İnqilablar dalğası İordaniya rəhbərliyini əndişəyə salıb

2021.10.20, 07:36
İnqilablar dalğası İordaniya rəhbərliyini əndişəyə salıb

Gunaz.tv

GünAz TV: Bəzi ərəb ölkələrində reallaşan rəhbərlik əleyhinə nümayişlər, Mərakeş Kralından (padşahından) sonra İordaniya Kralı Abdullahı da hərəkətə gətirib.

Kral Abdullah, məhdud çərçivədə konstitusiya (Anayasa) islahatına başlamağa qərar verib.

7 milyon əhalisi olan İordaniya, Suriya, Yəmən və Bahreyndəki kimi olmasa da kiçikmiqyaslı nümayişlərə səhnə olub. Ölkədə baş verən nümayişlər, İordaniya Kralı Abdullahı da narahat etməyə başlayıb. Kral, aprel ayında təyin etdiyi komissiya tərəfindən hazırlanan islahat təkliflərini təsdiqləyib.

Yeni paketdə olan 42 konstitusiya islahatı arasında, Kralın bəzi səlahiyyətlərinin parlamentə verilməsi və səlahiyyətlərinin başa çatmasından sonra iki il əvəzinə 4 ay içində seçkiyə gedilməsi kimi tənzimləmələr diqqət çəkir.

Seçkiləri müşahidə etmək üzrə müstəqil bir komissiya (komisiyon) qurulması, hərbi məhkəmələrin maliyyə və sui-istifadə iddiaları yerinə artıq yalnız terror və casusluq iddialarına baxması da yeni islahat paketinə daxildir.

 Parlamentə seçilmək üçün yaş senzinin (yaş səlahiyyəti) 35-dən 25-ə endirilməsi də yeni islahat arasındadır.

 Bu məhdud islahat müxalifət qüvvələrini qane etmir. Müxalifət siyasi yeniliklərlə yanaşı, iqtisadi siyasətdə də islahat tələb edir. İslahatın bir ay ərzində parlamentdə təsdiqlənərək qəbul edilməsi planlaşdırılır (tərhi tökülür). qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar