SON XƏBƏRLƏR

“Fars” agentliyinin müxbiri: “Ələddin Burucerdinin Karayılanla bağlı açıqlamasının səs və video yazısı var”

2021.10.20, 07:36
“Fars” agentliyinin müxbiri: “Ələddin Burucerdinin Karayılanla bağlı açıqlamasının səs və video yazısı var”

Gunaz.tv

GünAz TV: İran parlamentinin komissiya (komisiyon) sədri Murad Karayılanın həbsi ilə bağlı açıqlama vermədiyini deyir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu PKK terror təşkilatının hərbi qanadının rəhbəri Murad Karayılanın həbsinə dair xəbərlərlə bağlı İranın xarici siyasət idarəsinin rəhbəri ilə əlaqə saxlayıb. APA-nın “Habertürk”ə istinadən yaydığı məlumata görə, Əli Əkbər Salehi bununla bağlı əllərində heç bir dəlil-sübut olmadığını deyib. Türkiyənin İrandakı səfiri də xəbəri mediaya təsdiqləyən İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Ələddin Burucerdi ilə görüşüb. Komissiya sədri səfir Murad Karayılanın tutulması ilə bağlı mediaya açıqlama vermədiyini bildirib və onun adından yayılan xəbərləri təkzib edib.

 Ələddin Burucerdi səfirlə görüşdən sonra media nümayəndələrinin suallarını cavablandırmaqdan imtina edib. Komissiya sədrinin “Murad Karayılan həbs olunub” açıqlamasını yayan “Fars” agentliyinin müxbiri isə Anadolu agentliyinə verdiyi açıqlamada Ələddin Burucerdinin söylədiyi fikirlərdən nə üçün imtina etməsinin səbəblərini bilmədiyini deyib: “Burucerdinin səsi yazılmış lent yazısı məndədir, dövlət televiziyasında isə açıqlamanın videoyazı var”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar