SON XƏBƏRLƏR

Kəndivan kəndində tikilmiş qanunsuz tikintilər sökülməlidir

2021.10.20, 07:36
Kəndivan kəndində tikilmiş qanunsuz tikintilər sökülməlidir

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycanın valisi (ostandarı) vurğulayıb ki, tarixi Kəndivan kəndində qanunsuz tikintilərə qarşı ciddi ölçü götürülməli və bu barədə qanuni hökmlər icra olunmalıdır.

 

Əhməd Əlirzabəyli Üskü şəhərində keçirilən iclasda tarixi Kəndivan kəndində tikilən qanunsuz tikintilərə görə, səlahiyyətli orqanları sərt tənqid edib.

 

O bəyan edib ki, “bu tikintilər tarixi kəndin görkəmini pozub. Bu zəmində səlahiyyətli orqanlar xüsusi ilə icra hakimiyyəti (fərmandari) və mədəni miras idarəsi ciddi tədbir almalı və qanunsuz tikilmiş tikintiləri məhkəmə hökmləri əsasında sökməlidirlər.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar