SON XƏBƏRLƏR

PKK lideri Murat Karayılan İran tərəfindən həbs olunub?

2021.10.20, 07:36
PKK lideri Murat Karayılan İran tərəfindən həbs olunub?

Gunaz.tv

GünAz TV: ROJ TV Murat Karayılanı nümayiş etdirib. İran rəsmisi isə PKK liderinin həbs olunduğunu söylədiyini təkzib edib.

PKK liderlərindən biri olan Murat Karayılanın həbs olunması xəbərinin yayılmasından sonra ROJ TV onun görüntüsünü yayımlayıb. ROJ TV reportajın ötən gün hazırlandığını iddia edir. Murat Karayılan PKK terror təşkilatının 1984-cü il avqustun 15-də Eruh və Şemdinli rayonlarına hücumla başladığı ilk qanlı aksiyalarının ildönümündə ROJ TV-də hazırlanan reportajında kürt mübarizəsindəki müddətdən danışıb.

Bu arada isə Murat Karayılanın İran tərəfindən həbsini ötən gün təsdiqləyən İran parlamentinin Xarici Siyasət və Beynəlxalq Təhlükəsizlik Komissiyasının rəhbəri Əlaəddin Burucerdi İHA-ya xüsusi açıqlamasında bu məlumatı verdiyini təkzib edib. Əlaəddin Burucerdi Murat Karayılanın tutulduğunu söyləmədiyini, tutulması lazım gəldiyini dediyini vurğulayıb.

"Karayılan həbs olundu demədim, həbs olunması gərəkdiyini söylədim",- deyə Əlaəddin Burucerdi bildirib. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar