SON XƏBƏRLƏR

Yəməndə on minlərlə etirazçı ölkə prezidentinin istefasını tələb ediblər

2021.10.20, 07:36
Yəməndə on minlərlə etirazçı ölkə prezidentinin istefasını tələb ediblər

Gunaz.tv

GünAz TV: Dünən on minlərlə insan Yəmən prezidenti Əli Abdullah Salehin istefası tələbləri ilə ölkə paytaxtının küçələrinə çıxıblar.

Kütləvi etiraz aksiyası (yürüşü) Sənanın qərbində yerləşən rayonlarından (şəhərlərindən, məntəqələrindən) birində keçirilib. Bu barədə Gün.Az İTAR-TASS-a istinadən xəbər yayıb.

Hökumət əleyhinə şüarlar səsləndirən nümayişçilər bu cümə gününü “dünyada tiranlara (zalimlərə) qarşı üsyan günü” adlandırıb, “yeni Yəmənin yaradılmasına” çağırış edib və Allahdan müsəlmanlar üçün müqəddəs ramazan ayında “qələbə” istəyiblər. Yəmənin digər şəhərlərində də analoji (oxşar) aksiyalar keçirilib.

Bununla yanaşı, paytaxtın cənubunda Saleh rejimi tərəfdarları miqyasına görə heç də geridə qalmayan mitinq təşkil ediblər. Hazırkı prezidentin portretləri (təsvirləri) ilə küçələrə çıxan insanlar dövlət başçısına dəstək şüarları səsləndiriblər: “Xalq Əli Abdullah Salehin qayıtmasını istəyir”. Bu cümə gününü də onlar özünəməxsus şəkildə adlandırıblar – “Konstitusiya (Anayasa) qanuniliyinin müdafiəsi üçün milli razılıq günü”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar