SON XƏBƏRLƏR

Ermənistan ermənisizləşir

2021.10.20, 07:36
Ermənistan ermənisizləşir

Gunaz.tv

GünAz TV: Ermənistanda doğum səviyyəsi 20,5 faiz aşağı düşüb. 2011-ci ilin birinci yarısında 5359 körpə doğulubsa, ötən ilin müvafiq dövründə 6739 doğum faktı qeydə alınıb.

GünAz TV mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, bu barədə Ermənistanın Milli Statistika (amar) Komitəsinin əhalinin qeydiyyatı şöbəsinin rəisi Karina Kuyumcan məlumat verib.

Onun sözlərinə görə, ötən illə müqayisədə Ermənistanda ölüm faizi artıb. Belə ki, bu göstəricidə 3,2 faiz artım müşahidə olunub: “Ötən ilin birinci yarısında ölkədə 14 290 nəfər ölmüşdüsə, bu ilin müvafiq dövründə 14 743 ölüm faktı qeydə alınıb. Ölkədə qocalıq səviyyəsi də artıb. Ötən il bu göstərici 7,8 faiz idisə, bu il bu rəqəm 11,5 faizdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar