SON XƏBƏRLƏR

Libi qiyamçıları daha bir şəhəri ələ keçirdilər

2021.10.20, 07:36
Libi qiyamçıları daha bir şəhəri ələ keçirdilər

Gunaz.tv

GünAz TV: Liviyada (Libidə) müxalifət tərəfdarları strateji əhəmiyyətə malik Breqa şəhərini ələ keçiriblər.

 

Neft şəhəri olan Breqanın ələ keçirilməsi uğrunda Müəmmar Qəddafi qüvvələrilə toqquşmada 11 qiyamçı həlak olub, daha 40 nəfər yaralanıb. Hazırda qiyamçılar şəhərin daha bir sənaye rayonuna (məntəqəsinə) hücuma hazırlaşırlar. Bu barədə Milli.Az xəbər portalı "Sinxua" agentliyinə (ajansına) istinadən xəbər yayıb.

 

Qeyd edək ki, Breqa indiyədək bir neçə dəfə "əldən-ələ keçib".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar