SON XƏBƏRLƏR

Məşrutə İnqilabı və Professor Fərzanənin doğum gününün növbəti ildönümü ilə bağlı mərasim keçirilib

2021.10.20, 07:36
Məşrutə İnqilabı və Professor Fərzanənin doğum gününün növbəti ildönümü ilə bağlı mərasim keçirilib

Gunaz.tv

GünAz TV: Təbrizdə azərbaycanlı mədəni fəallar Məşrutə İnqilabı və Professor Fərzanənin doğum gününün növbəti ildönümünü ağırlayıblar.

 

2011-ci il avqust ayının 5-də (1390-cı il mordad ayının 14-də) keçirilən törəndə bir çox azərbaycanlı mədəni fəal iştirak ediblər.

 

Mərasimə qatılan soydaşlarımızın bir neçəsinin kimliyi bunlardan ibarətdir:

Əbdülhüseyn Nahidiazər, Xalitabadi, Həsən Ərk, Mahmudi, Vəhid Şeyxbəyli, Həsən Dmirçi, Aydın Sərdariniya, Qadir Novruzi, Məhəmmədrza Xacei, Yəqub Təqəvi, Abdullah Səduqi, Daryuş Aşuri və s.

 

Mərasimdə bir neçə iştirakçı o cümlədən Həsən Dəmirçi və Əbdülhüseyn Nahidiazər çıxış edib və Məşrutə inqilabından söz açıblar.

 

Mərasimdə Azərbaycan musiqisi, Azərbaycan musiqi qrupu tərəfindən ifa olunub. Sonda Azərbaycanın milli marşı da iştirakçılar tərəfindən oxunub.

 

Törəndən çəkilmiş foto və filmlər gələcək xəbərlərimizdə diqqətinizə çatdırılacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar