SON XƏBƏRLƏR

Rusiya Libiyə sanksiya (təhrim) tətbiq etdi

2021.10.20, 07:36
Rusiya Libiyə sanksiya (təhrim) tətbiq etdi

Gunaz.tv

GünAz TV: Rusiya prezidenti Dmitri Medvedev BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının Liviyaya (Libiyə) tətbiq etdiyi sanksiyaların (Təhrimlərin) qüvvəyə minməsinə dair sərəncam imzalayıb.

 

Həmin qətnamə Liviyanın (Libinin) hava məkanında uçuşun qadağan edildiyi məkanın yaradılmasını, Liviya rejiminə qarşı digər sanksiyaların ağırlaşdırılmasını nəzərdə tutur. Bu barədə Milli.Az xəbər portalı RİA "Novosti"yə istinadən xəbər yayıb.

 

Medvedevin sərəncamı ilə Liviya təyyarələrinin Rusiyanın hava məkanına girməsi qadağan olunub. Yalnız humanitar (insani) reyslər (uşuşlar) və qəza enişi etməli olan təyyarələr istisnadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar