SON XƏBƏRLƏR

Millət Vəkili Fəzail Ağamalı: “İran rejiminin tarixə çevriləcəyi gün uzaqda deyil”

2021.10.20, 07:36
Millət Vəkili Fəzail Ağamalı: “İran rejiminin tarixə çevriləcəyi gün uzaqda deyil”

Gunaz.tv

GünAz TV: İran rəsmilərinin Azərbaycan dövlətinə qarşı həyasız bəyanatları birinci dəfə deyil.

Bunu Gün.Az-a açıqlamasında İran ordusunun Baş Qərargah rəisi, general Həsən Firuzabadinin Azərbaycana qarşı bəyanatını şərh edən millət vəkili Fəzail Ağamalı deyib.

“Bu İran molla rejiminin Azərbaycana qarşı avantürasının (macərasının) növbəti təzahürüdür. Azərbaycan dövlətinin İranla mehriban qonşuluq münasibətlərini sürdürməsinə, çox müxtəlif hallarda İrana qarşı bu və ya digər təhdidlərdə qonşuluq münasibətlərinə sədaqət nümayiş etdirməsinə baxmayaraq, İranın molla rejimi daima bunun əksi olaraq, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməkdə davam edir.

Azərbaycan dövlətinə, xalqına təhdid dolu ifadələr işlədir. Bu düşmənçilik münasibəti bu və ya diğər rəsmilər tərəfindən dilə gətirilir. Ona görə də, bu cür hədyan dolu bəyanatın səslənməsi, təsadüfi deyil”.

F.Ağamalı deyir ki, İranı narahat edən Azərbaycanın müstəqil dövlət kimi güclənməsidir.

“Əlbəttə, bunun səbəbi müəyyən mənada bəllidir. Azərbaycan gücləndikcə, İran əhalisinin 52 faizindən çoxunu təşkil edən Azərbaycan türklərinin müstəqil dövlətə rəğbəti artır. İran rejimi də gözəl başa düşür ki, onların ayağa qalxıb etirazlarını bildirəcəkləri gün uzaqda deyil. Zaman gələcək, indiki İran rejimi tarixin arxivinə çevriləcək. Buna çox az qalıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar