SON XƏBƏRLƏR

Firuzabadiyə tutarlı cavab!

2021.10.20, 07:36
Firuzabadiyə tutarlı cavab!

Gunaz.tv

GünAz TV: Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin açıqlamasına sərt münasibət bildirib.

 “Bəyanat sahibinin bu cür səviyyəsiz, savadsız və qeyri-peşəkar ifadələrlə diqqət mərkəzində olmağa çalışması əvəzinə İran-Azərbaycan dövlət sərhədindən narkotik (müxəddir) vasitələrin və başqa qaçaqmalın qanunsuz keçirilməsinə cəhd edən, digər qeyri-qanuni fəaliyyətlə məşğul olan silahlı təxribatçı dəstələrin zərərsizləşdirilməsi üzrə tədbirlər görməsini daha məqsədəuyğun hesab edirəm»

“İran İslam Respublikası (Cümhuriyyəti) Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada (tip) generalı Seyid Həsən Firuzabadinin İranın kütləvi informasiya vasitələri tərəfindən yayılmış bəyanatı tərəfimizdən böyük təəccüb və hiddət hissi ilə qarşılandı”. Bunu APA-ya müsahibəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant (sepəhbud) Elçin Quliyev bildirib.

 

 DSX rəisi bildirib ki, İran dövlətinin rəhbərliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyü və dövlət sərhədləri rəsmi tanınaraq qəbul edilib: “Belə olan halda İran generalının öz səlahiyyətlərini aşaraq rəsmi dövlət mövqeyinə zidd, bu tip bəyanatlar verməsini, hətta Azərbaycanın rəhbərliyinə tövsiyələr etməsini Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilir. Bəyanat sahibinin bu cür səviyyəsiz, savadsız və qeyri-peşəkar ifadələrlə diqqət mərkəzində olmağa çalışması əvəzinə İran-Azərbaycan dövlət sərhədindən narkotik vasitələrin və başqa qaçaqmalın qanunsuz keçirilməsinə cəhd edən, digər qeyri-qanuni fəaliyyətlə məşğul olan silahlı təxribatçı dəstələrin zərərsizləşdirilməsi üzrə tədbirlər görməsini daha məqsədəuyğun hesab edirəm».

 

 General hesab edir ki, Firuzabadi kimi şəxslər öz təxribat xarakterli (mahiyyətli) əməlləri ilə Azərbaycan və İran xalqlarının qədim tarixi köklərə malik ənənəvi qonşuluq və dostluq münasibətlərinə heç bir xələl gətirə bilməyəcəklər: “ Hazırda olduğu kimi gələcəkdə də İranın qonşu dövlətlərlə, xüsusilə də Azərbaycanla münasibətlərini bu kimi şəxslər müəyyən etməyəcəklər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar