SON XƏBƏRLƏR

İran-Türkiyə qaz kəmərində partlayış olub

2021.10.20, 07:36
İran-Türkiyə qaz kəmərində partlayış olub

Gunaz.tv

GünAz TV: İrandan Türkiyənin Ərzurum vilayətinə gedən təbii qaz kəmərində naməlum səbəblərlə partlayış baş verib.

Anspress "CNN Türk"ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 23:00-də (Bakı vaxtı ilə 01:00) Ağrı vilayətinin Doğubəyazid rayonunda (məntəqəsində, şəhərində) baş verib. Şahidlərin verdiyi məlumata görə, partlayış vaxtı yanğın baş verib və alov 60 metrədək yüksəlib. Qeyd edək ki, hadisənin baş verməsindən sonra qaz kəmərinin kranları (fələkələri) bağlanıb və hal-hazırda boruda olan qazın qurtarması gözlənilir.

Hadisə barədə ətraflı məlumat verilməsə də, partlayışın terrorçuların hücumları nəticəsində baş verdiyi güman olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar