SON XƏBƏRLƏR

İrandan geri addım: "Mehr agentliyi məlumatı ləğv etdi" - Foto

2021.10.20, 07:36
İrandan geri addım: "Mehr agentliyi məlumatı ləğv etdi" - Foto

Gunaz.tv

GünAz TV: Azərbaycanın sərt reaksiyasından (əksüləməlindən) sonra İran ölkəmizə qarşı haqsız bəyanat vermiş general Həsən Firuzabadinin məsələsində geri addım atmaq qərarına gəldi.

Gün.Az xəbər verir ki, bəyanatın yerləşdirildiyi “Mehr” agentliyi öz səhifəsində generalın sözləri olan informasiyanı ləğv edib.

Bu linkə daxil olmaqla informasiyanın içinin boş olduğunu görmək olar.

http://www.mehrnews.com/fa/NewsDetail.aspx?pr=s&query=%D9%81%DB%8C%D8%B1%D9%88%D8%B2%D8%A2%D8%A8%D8%A7%D8%AF%DB%8C%20&NewsID=1379662

Qeyd edək ki, bəyanat hələlik fars dili versiyasında ləğv olunub. Ərəb və türk versiyalarında həmin yazı qalmaqda davam edir.

Xatırladaq ki, Azərbaycan rəhbərliyini və xalqını təhqir etdiyinə görə, Azərbaycan İran generalının sözləri ilə əlaqədar bu ölkəyə nota vermişdi.

Bunun ardınca İranın Azərbaycandakı səfirliyi Gün.Az-a generalın bəyanatını təkzib etdiklərini demişdi.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar