SON XƏBƏRLƏR

Səid Nəimi və Səid Muğanlı Təbriz zindanının ümumi bölümünə köçürülüb

2021.10.20, 07:36
Səid Nəimi və Səid Muğanlı Təbriz zindanının ümumi bölümünə köçürülüb

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəallar Səid Nəimi və Səid Muğanlı 2011-ci il avqust ayının 11-i (1390-cı il mordad ayının 20-i) Təbriz zindanının ümumi zindanına köçürülüblər.

 

Səid Nəimi 95 gün və Səid Muğanlı 65 gündən sonra Təbriz zindanın ümumi bölümünə köçürülüblər. Bu müddətdə hələdə onların tutuqlanma səbəbi kimsəyə məlum deyil.

 

Xatırladaq ki, insan haqları fəalı, Azərbaycan Siyasi Məhbuslarının Müdafiə Komitəsinin qurucularından olan Səid Nəimi 2011-ci il may ayının 8-də (1390-cı ordibeheşt ayının 18-də) "ETTELAAT" əməkdaşları tərəfindən Kərəc şəhərində yerləşən öz evində tutulub.

 

Səid Muğanlı isə öz ata evində tutulanıb. Belə ki,  ETTELAAT məmurları Ərdəbil vilayətindəki Üngüt şəhərinin Yelsu kəndinə gedərək S. Muğanlını öz ata evində tutuqlayıblar. 8 ETTELAAT məmuru S. Muğanlını yaxalarkən evdə axtarış aparıb və ona aid bir çox sənəd və şəxsi əşyalarını özləri ilə aparıblar.

 

Səid Muğanlı Azərbaycan tükcəsi və ədəbiyyatı üzrə tanınmış simalardan biridir. O bundan öncədə İran təhlükəsizlik qüvvələri tərəfindən dəfələrcə təzyiqə məruz qalıb, tutuqlanıb və həbs edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar