SON XƏBƏRLƏR

Rəsmi Bakı İran generalının bəyanatına cavab verdi

2021.10.20, 07:36
Rəsmi Bakı İran generalının bəyanatına cavab verdi

Gunaz.tv

GünAz TV: İran Ordusunun Baş qərargah rəisi, general Həsən Firuzabadinin Azərbaycanın dövlət başçısının ünvanına səsləndirdiyi sərt bəyanatına Xarici İşlər Nazirliyi reaksiya (əksüləməl) verib.

Gün.Az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Azərbaycanın xarici siyasətində müstəqil dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi (əsli, ilkəsi) qorunur.

“Eyni zamanda digər dövlətlərin də Azərbaycanın daxili işlərinə qarışmasına şərait yaradılmır”.

E.Poluxov bildirib ki, Firuzabadi hərbiçi olduğu halda, onun siyasi bəyanat səsləndirməsi çox təəccüblüdür.

“Yaxşı olar, hərbiçi hərbi, siyasətçi isə siyasi bəyanatlarla çıxış etsin”.

Xatırladaq ki, İran ordusunun Baş qərargah rəisi, general Həsən Firuzabadi Azərbaycan rəhbərliyini kəskin tənqid edən bəyanat səsləndirib. O, dövlət başçısının “qorxulu tale”yi barədə proqnoz verib. İranın Mehr agentliyinin (ajansı) yaydığı məlumatda Həsən Firuzabadi Azərbaycan prezidentini xalqın oyanışını yatırtmaqda ittiham edib: “İlham Əliyev mənim xəbərdarlığıma qulaq asmasa, onu qorxulu tale gözləyir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar