SON XƏBƏRLƏR

Yəmən prezidenti Əli Abdullah istefa verməyə hazırdır

2021.10.20, 07:36
Yəmən prezidenti Əli Abdullah istefa verməyə hazırdır

Gunaz.tv

GünAz TV: Uzun-uzadı davam edən antihökumət nümayişlərindən sonra ölkəni tərk etmiş Yəmən prezidenti Əli Abdullah Saleh istefa haqda düşünür.

Milli.Az xəbər portalının "RBK"ya istinadən verdiyi məlumata görə, bu ilin iyununda partlayış nəticəsində yaralanaraq müalicə üçün Səudiyyə Ərəbistanına üz tutmuş Saleh hakimiyyətin dinc yolla ötürülməsi təklifinə baxmağa da hazır olduğunu söyləyib. O, müalicəsini davam etdirdiyi Ər-Riyadda Yəmənin hakim partiyasının nümayəndələrilə görüşüb və onlarla hakimiyyətin dinc yolla ötürülməsi variantlarını (seçənəklərini) müzakirə edib. Prezident bildirib ki, o, hazırlanacaq plan çərçivəsində müxalifət partiyaları, beynəlxalq qurumlar və Yəməndə problemin həllində maraqlı olan digər qüvvələrlə əməkdaşlığa hazırdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar