SON XƏBƏRLƏR

Asim Mollazadə: “İranda etnik qruplar və xalqların sıxışdırılması bu ölkəni sosial və siyasi partlayışa yaxınlaşdırır”

2021.10.20, 07:36
Asim Mollazadə: “İranda etnik qruplar və xalqların sıxışdırılması bu ölkəni sosial və siyasi partlayışa yaxınlaşdırır”

Gunaz.tv

GünAz TV mətbuat mərkəzi Millət vəkili Asim Mollazadənin İranla bağlı Gün.Az-a verdiyi müsahibəni olduğu kimi təqdim edir.

-  İrandakı daxili durumu ümumi sözlərlə necə dəyərləndirərdiniz?

- Bu ölkə totalitar-klerikal (totalitarian-clerical) ideoloji əsaslar üzərində durmuş bir dövlətdir. Sosial-iqtisadi problemlər, ölkə təcrid vəziyyətində saxlanılması üzündən get-gedə kəskinləşir. Üstəlik, insani və siyasi hüquqların olmaması ölkədəki daxili gərginliyi artırır.

 

Ən əsası isə İranda əsrlər boyu yaşayan xalqların və etnik qrupların sıxışdırılması bu ölkəni sosial və siyasi partlayışa yaxınlaşdırır. İranda yaşayan milyonlarla azərbaycanlının ən kiçik hüquqları belə onlara verilmir. Onlar öz ana dillərində təhsil almaq hüququndan məhrumdurlar. Bu ayrı-seçkilik özünü televiziya və mətbuatda da göstərir.

Azərbaycanlılarla yanaşı türkmənlərin və digər müsəlman millətlərin nümayəndələrinin də həmçinin heç bir hüquqları yoxdur. Amma çox maraqlıdır ki, bu müsəlmanların hüquqlarının pozulmasıyla yanaşı erməni icmasının hüquqları çox yüksək səviyyədə təmin olunur.

Bu onu nümayiş etdirir ki, İran hökuməti dindən siyasi məqsədlə istifadə edir. Onu qeyd etmək lazımdır ki, ayrı-ayrı millətlərə milli ayrı-seçkilik siyasəti, onların inkişafının qarşısının alınması İran kimi çoxmillətli tərkibə malik olan bir dövlətdə ümumilikdə ölkənin inkişafının qarşısını alır.

- Sizcə, qarşıdan gələn seçkilər İranda son vaxtlar gizlədilməsi mümkün olmayan prezident-dini lider qarşıdurması fonunda (zəminində) necə keçəcək?

 

 - Yenə də hər dəfə olduğu kimi zora əl atılacaq. Mən düşünürəm ki, ərəb ölkələrində mövcud olan təlatümlər dalğası İrana da gəlib çatacaq və vətəndaşlar kütləvi olaraq etiraza qalxacaqlar.

 

 - Yəni İran siyasi rəhbərliyindəki qarşıdurmanın səngiməsi gözlənilən deyil?

 

 - Məncə İranın indiki vəziyyətindən doğan bu cür qarşıdurmalar düşdükləri vəziyyətdən çıxmağa çalışan tərəflər arasındakı uçurumu getdikcə dərinləşdirəcək və daha böyük parçalanma yaradacaq.   

Qızılgül Abdinova

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar