SON XƏBƏRLƏR

Amerika Suriya ilə münasibətlərini kəsdi

2021.10.20, 07:36
Amerika Suriya ilə münasibətlərini kəsdi

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Xarici İşlər Nazirliyi “mülki şəxsləri öldürən bir hökumətlə əməkdaşlıq etməyəcəklərini” açıqlayıb.

 

 Lent.az-ın məlumatına görə, nazirlikdən verilən açıqlamada Suriyanın artıq ABŞ-ın regional (bölgəsəl) tərəfdaşı olmadığını bildirilib.

 

 Nazirliyin sözçüsü Viktoriya Nuland deyib ki, onlar mülki şəxsləri öldürən hakimiyyətlə əməkdaşlıq etməyəcəklər.

 

 Əsəd hakimiyyətinə 2009-cu ildən bəri təkliflər verdiklərini, ancaq qarşı tərəfin bütün təklifləri rədd etdiyini qeyd edən sözçü bildirib ki, ABŞ-ın öz ölkəsində insan hüquqlarını tapdayan bir hakimiyyətlə əməkdaşlığı mümkünsüzdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar