SON XƏBƏRLƏR

“Danışıqları davam etdirmək vacibdir”

2021.10.20, 07:36
“Danışıqları davam etdirmək vacibdir”

Gunaz.tv

GünAz TV: Azərbaycan Prezidenti Administrasiyasının (nəhade riyasəte cümhuri) xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov avqustun 9-da Soçidə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedevin görüşünü şərh edib.

Gün.Az-ın 1news-a istinadən verdiyi xəbərə görə, N.Məmmədov qeyd edib ki, Prezidentlərin (Azərbaycan və Rusiya) mövqeyini belə xarakterizə etmək olar ki, Dmitri Medvedevin təşəbbüsü və iştirakı ilə keçirilmiş görüş və danışıqlar zamanı tərəflərin (Azərbaycan və Ermənistan) Madrid prinsiplərinə (əsllərinə) müvafiq qaydada bir sıra məsələlərlə bağlı mövqeyinin yaxınlaşması mümkün olub.

“Buna görə də danışıqları davam etdirmək vacibdir”, – deyə o əlavə edib.

“Eyni zamanda Prezident İlham Əliyev, Kazan görüşündən sonra da olduğu kimi, Ermənistan rəhbərliyinin danışıqlarda uğura nail olunmamasına görə yaxın dairələrin və diasporların imkanlarından istifadə etməklə məsuliyyəti öz üzərindən atmaq üçün çoxsaylı cəhdlərini onların Azərbaycana qeyri-səmimilik nümayiş etdirməsi kimi dəyərləndirib” – deyə N. Məmmmədov qeyd edib.

Azərbaycan Prezidenti Administrasiyası nümayəndəsinin sözlərinə görə, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini yenidən öz rusiyalı həmkarının diqqətinə çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar