SON XƏBƏRLƏR

Suriyanın yenicə istefa vermiş müdafiə naziri öldürülüb

2021.10.20, 07:36
Suriyanın yenicə istefa vermiş müdafiə naziri öldürülüb

Gunaz.tv

GünAz TV: Suriya Prezidenti Bəşər Əsədin srağagün istefaya göndərdiyi müdafiə naziri Əli Həbib öldürülüb.

 

Bu barədə "Trend" ərəb KİV-nə (kütləvi informasiya vasitələri) istinadən məlumat verib.

 

Ərəb KİV-nin məlumatına görə, Əli Həbib istefaya göndərildikdən təxminən doqquz saat sonra odlu silahla qətlə yetirilib. Məlumatda o da bildirilir ki, Həbib Suriya ordusu daxilindəki əleyhdarları tərəfindən qətlə yetirilib. Srağagün Suriya Prezidenti Bəşər Əsəd ölkənin müdafiə naziri - 72 yaşlı Əli Həbibi istefaya göndərib. Onun yerinə Davud Rajhay təyin olunub.

 

Qeyd edək ki, bir müddətdir ki, Suriyanın bir çox şəhərlərində ordu ilə Prezident Bəşər Əsədin istefasını tələb edən nümayişçilər arasında toqquşmalar gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar